70-dən çox ünvanda axtarış başladı

Qaqik Tsarukyanla əlaqəli ünvanlarda genişmiqyaslı axtarışlara başlanılıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan məlumat verib.

Onun sözlərinə görə, İstintaq Komitəsinin araşdırdığı ondan artıq cinayət işi çərçivəsində eyni vaxtda Tsarukyanla əlaqəli 70-dən çox ünvanda axtarış aparılır.

İstintaqın detalları və axtarışların nəticələri barədə hələlik əlavə məlumat açıqlanmayıb.


Mənbə: Modern.az

Bir cavab yazın