Azərbaycanlıların yaşadığı həmin adalar niyə yoxa çıxdı? – TARİX

Tbilisinin mərkəzində vaxtilə Kür çayı üzərində iki ada mövcud olub.

Modern.az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, həmin adalardan biri Ortaçala adası idi. O, Kür çayının əsas məcrası ilə sağ qolu arasında yerləşirdi. Hazırda həmin ərazidə Ortaçala Su Elektrik Stansiyası fəaliyyət göstərir.

Digər ada isə Madatov adası olub. XVIII əsrdə tarixçi Vaxuşti Baqrationi bu ərazini “Yeni bağı” adlandırıb, sonralar isə ada Orbeliani adası kimi tanınıb.

XIX əsrdə general Valerian Mədətov adanı satın aldıqdan sonra o, Mədətov adası adlandırılıb. XX əsrin 20–30-cu illərində Kür çayının sağ sahilində bənd tikildikdən sonra ada şəhərlə birləşib.

Adalar Tbilisinin azərbaycanlılar yaşayan hissəsində yerləşib və orada soydaşlarımızın yaşayış evləri olub.

1930-cu illərdə isə sovet rəhbərlərindən Lavrentiy Berianin qərarı ilə Kür çayının qollarından biri qurudulub, nəticədə ada tamamilə şəhər ərazisinin bir hissəsinə çevrilib və keçmiş çay yatağının yerində avtomobil yolu salınıb.


Mənbə: Modern.az

Bir cavab yazın