Bakı-Tbilisi-Bakı qatarları ilə bağlı daha bir yenilik 

Bakı-Tbilisi-Bakı istiqamətində biletlər 90 günlük müddətə satışa çıxarılacaq. 

Modern.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişindaşımalar departamentinin rəisi Azər Fərəcov media üçün keçirilən brifinq zamanı deyib. 

Onun sözlərinə görə, hazırda biletlər 30 günlük müddətə satışa çıxarılır, lakin müddətin artırılması üçün işlər gedir: 

“Biletlərin 90 günlük müddətə satışa çıxarılması üçün işlər davam edir. Tam yekunlaşdıqdan sonra ictimayiətə açıqlama veriləcək və biletlər satışa çıxarılacaq”.


Mənbə: Modern.az

Bir cavab yazın