Təhsil Bu gün, 15:36 Bağça qeydiyyatını stressiz və uğurlu edin – AzEdu-dan valideynlərə DƏSTƏK
Bu gün saat 11:00-dan etibarən regional təhsil idarələri və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə elektron növbələrin yaradılması prosesinə start verilib.
Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron növbələr isə 9 iyul saat 11:00-dan aktiv olacaq.
Qeyd edək ki, bu ildən məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi ilk dəfə “myGov” platforması üzərindən həyata keçirilir.
Modern.az xəbər verir ki, qeydiyyat zamanı çətinlik çəkən valideynlərə AzEdu.az olaraq dəstək göstərilir.
Əgər “myGov” platforması üzərindən bağçaya qeydiyyatdan keçməkdə çətinlik yaşayırsınızsa, bizimlə əlaqə saxlaya bilərsiniz. Mütəxəssislərimiz sizi qeydiyyat prosesi ilə bağlı addım-addım istiqamətləndirəcək və suallarınızı cavablandıracaqlar.
WhatsApp: 051-435-71-71
Mənbə: Modern.az
