MİQ imtahanlarının tarixləri elan olundu – SİYAHI
Müəllimlərin işə qəbulu (MİÜ) üzrə müsabiqənin test imtahanı mərhələsi ilə bağlı yeni məlumat açıqlanıb.
Modern.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi 2026–2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları ilə bağlı tarixləri elan edib.
Sabah gün ərzində namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanın keçiriləcəyi tarix, saat və məkan barədə məlumatla tanış ola bilərlər.
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları 14-18 iyul tarixlərində ölkənin 19 şəhərində yerləşən 38 imtahan mərkəzində təşkil olunacaq. İmtahanlar üçün 40 mindən çox namizəd qeydiyyatdan keçib.
Mənbə: Modern.az
