Fərid Ələkbərlinin “Vatikan arxivlərində saxlanan Azərbaycana aid əlyazmalar” kitabının rus dilində nəşri işıq üzü görüb

0

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə institutun mərhum alimi, görkəmli tədqiqatçı, tarix elmləri doktoru, professor Fərid Ələkbərlinin müəllifi olduğu “Vatikan arxivlərində saxlanan Azərbaycana aid əlyazmalar” (“Фарид Алекберли. Рукописи, связанные с Азербайджаном в архивах Ватикана”) kitabının rus dilində nəşri işıq üzü görüb. Kitabı Azərbaycan dilindən rus dilinə tərcümə edən institutun böyük elmi işçisi İradə Vəzirova və elmi işçisi Nigar Məmmədovadır.

Kitaba Vatikanın Məxfi Arxivində və Apostol Kitabxanasında mühafizə olunan Azərbaycan əlyazmaları haqqında ilkin məlumatlar daxil edilib. Bu məlumatları kitabın müəllifi – Fərid Ələkbərli 2010-2014-cü illər ərzində Vatikana ezamiyyəti zamanı əldə etmiş və toplamışdır. Ezamiyyətlərin əsas məqsədi Vatikan kitabxanalarında Azərbaycanla bağlı saxlanılan tarixi sənədlərin aşkar edilməsi və onların ilkin tədqiqata cəlb edilməsi olmuşdur.

Tədqiqat zamanı Vatikan Məxfi Arxivlərində 700-dən çox sənəd araşdırılmış və Azərbaycan tarixinə aid 85 sənəd aşkar edilmişdir. Həmçinin Vatikan Apostol Kitabxanasında aparılan araşdırmalar zamanı 400-dən çox qədim əlyazma əsəri tədqiqata cəlb edilmiş və həmin kitabxanada orta əsr Azərbaycan müəlliflərinə məxsus 80 qədim əlyazma əsəri aşkar edilmişdir.

Qeyd edək ki, yeni nəşrin redaktoru tarix e.d., dosent Rəna Məmmədova, rəyçiləri fəl.e.d., dosent Zəkiyyə Əbilova və böyük elmi işçi Xatirə Kərimovadır.

Mənbə: https://science.gov.az/

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More