“Atletiko” heyətini gücləndirdi – RƏSMİ

0

“Atletiko” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, Madrid təmsilçisi “Sportinq”in kapitanı Morten Yulmannı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

La liqa nəhəngi 27 yaşlı dayaq yarımmüdafiəçisi üçün Portuqaliya klubuna 40+5 milyon avro təzminat ödəyəcək. Danimarlka millisinin üzvü “Atletiko” ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Yulmann 2025/26 mövsüümündə “Sportinq”in heyətində bütün turnirlərdə meydana çıxdığı 45 rəsmi matçda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: İdmanxeber.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More