“Qarabağ”dan ayrılan futbolçu millimizin üzvü ilə komanda yoldaşı oldu
“Qarabağ”dan ayrılan Sami Mmae “Dinamo”ya geri qayıtmayıb.
İdmanxeber.az xəbər verir ki, 29 yaşlı mərkəz müdafiəçisi Kiprdə oynayacaq. O, bu ölkənin əsas iddialılarından olan “Pafos” klubu ilə anlaşıb.
Qeyd edək ki, Mərakeş millisinin üzvü ötən mövsümü icarə əsasında “Qarabağ”da keçirmişdi. “Pafos” Mmaedən əvvəl U-21 yığmamızın üzvü Murad Məmmədovu transfer etmişdi.
Mənbə: İdmanxeber.az