UNEC universitetə qəbul şansını hesablayan kalkulyator istifadəyə verdi
İmtahanların başa çatması ilə universitetə qəbul olmaq istəyən minlərlə abituriyenti, eləcə də magistratura təhsili almaq istəyən bakalavrları düşündürən əsas sual topladıqları balın qəbul olmaq istədikləri ixtisasa yetərli olub-olmayacağıdır.
Modern.az xəbər verir ki, bu seçimdə bakalavr və abituriyentlərə dəstək olmaq məqsədilə UNEC qəbul ehtimalını hesablayan Kalkulyator (//calculator.unec.edu.az/) istifadəyə verib.
Onlayn kalkulyatordan istifadə etməklə həm abituriyentlər, həm də bakalavrlar müvafiq ixtisas qrupunu, hədəflədikləri ixtisasları və topladıqları balları sistemə daxil edərək həmin ixtisasa qəbul olmaq ehtimalını anındaca hesablaya bilərlər.
Platforma namizədlərə topladıqları ballara uyğun ixtisas seçimi strategiyası qurmağa da dəstək olur.
Qəbul şansını hesablamaq istəyən şəxslər calculator.unec.edu.az keçidi vasitəsilə platformadan tam ödənişsiz və rahat şəkildə yararlana bilərlər.
UNEC bakalavr və abituriyentlərə seçim mərhələsində uğurlar arzulayır!
Mənbə: Modern.az