Norveçdən Rusiya əleyhinə yeni sanksiyalar

0

Norveç Rusiyaya qarşı növbəti sanksiyalar paketini tətbiq edib.

Oxu.Az xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Bu paket Norveçin siyasi cəhətdən qoşulduğu 20-ci Avropa İttifaqı (Aİ) sanksiya paketi (8 may 2026-cı il) ilə uyğundur. Sanksiyalar bir sıra tədbirləri əhatə edir və əsasən enerji, habelə maliyyə sektorlarına yönəlib. Paketə, eyni zamanda, sanksiyalardan yayınmanın qarşısını almaq və Rusiyanın hərbi-sənaye kompleksini daha da zəiflətmək üçün tədbirlər daxildir”, – deyə nazirlik bildirib.

Sanksiyalar iyulun 14-də qüvvəyə minəcək.

Norveçin xarici işlər naziri Espen Bart Eyde qeyd edib ki, yeni məhdudiyyətlər Rusiyanın iqtisadi imkanlarını daraltmağa hədəflənib:

“Bu paketlə biz banklara, kriptoservislərə, mayeləşdirilmiş təbii qaz sektoruna, “kölgə donanması”na və üçüncü ölkələr vasitəsilə sanksiyalardan yayınmağı asanlaşdıran iştirakçılara qarşı əlavə tədbirlər tətbiq edirik. Biz həmçinin Aİ-nin Rusiyanın təsirini məhdudlaşdırmaq və sanksiyalardan yayınmanın qarşısını almaqla bağlı səylərini dəstəkləyirik. Məqsəd Rusiyaya iqtisadi təzyiqi artırmaq, onun Ukraynaya qarşı apardığı müharibəni maliyyələşdirməsini və davam etdirməsini daha da çətinləşdirməkdir”.

Mənbə: Oxu.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More