Neft məhsullarının Azərbaycanın ümumi ixracında payı artıb

0

Bu ilin ilk altı ayında Azərbaycan 385 milyon 852.83 min ABŞ dolları dəyərində 486 min 643.62 ton neft məhsulları ixrac edib.

Oxu.Az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Hesabata əsasən, neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 2.36% olub.

2025-ci ilin eyni dövründə Azərbaycandan 281.6 min ton neft məhsulları ixrac edilib, həmin ixracın dəyəri 140,7 milyon dollar təşkil edib.

Mənbə: Oxu.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More