Altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsi başa çatdı

0

Altıncı “Yüksəliş” müsabiqəsinin üç gün davam edən final mərhələsi başa çatıb.

Modern.az xəbər verir ki, finalçılar Təşkilat Komitəsinin üzvləri və mentorların müşahidəsi altında “Yeni təsir gücü: Azərbaycan” adlı keys tapşırığını yerinə yetiriblər.

İştirakçılar təqdim etdikləri həll yolları ilə bağlı mentorların suallarını cavablandırıblar və idarəçi rəhbərlər tərəfindən qiymətləndiriliblər.

Müsabiqənin qaliblərinin adları final mərhələsinin başa çatmasından sonra 5-7 iş günü ərzində açıqlanacaq.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More