Moldovada yanacaq böhranı: Ölkə 18 günlük benzin ehtiyatına malikdir
Moldovanın 18 günlük benzin, eləcə də 8 günlük dizel yanacağı ehtiyatı mövcuddur.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Milli Energetika Tənzimləmə Agentliyi məlumat yayıb.
Bir müddət əvvəl Moldova parlamenti 61 günlük istehlakı ödəyəcək həcmdə neft məhsullarının qəza ehtiyatlarının yaradılmasını təsdiqləyib.
Məcburi yanacaq ehtiyatları əvvəlki təqvim ilində idxal edilən neft məhsullarının həcminə mütənasib olmalıdır. Eyni zamanda ümumi qəza ehtiyatlarının 75%-ni benzin və dizel yanacağı təşkil edir, rezervlərin ümumi həcminin təxminən 60%-i ölkə ərazisində saxlanılmalıdır, qalan hissə isə ölkə hüdudlarından kənarda da qala bilər.
Mənbə: Oxu.az