Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi BAŞLAYIR

0

Direktorların işə qəbulu üzrə müsabiqənin növbəti mərhələsinə start verilir.

Modern.az xəbər verir ki, iyulun 22-dən etibarən 29 iyun–8 iyul 2026-cı il tarixlərində ərizə qəbulu aparılmış direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayacaq.

Müsahibələr ilkin mərhələdə şagird sayı 500-dək olan ümumi təhsil müəssisələri üzrə şəhər və regional təhsil idarələri tərəfindən keçiriləcək.

Bildirilib ki, namizədlər müsahibəyə müsabiqə qaydalarına uyğun olaraq ardıcıllıq əsasında, vakant vəzifəyə uyğun namizəd müəyyən edilənədək dəvət olunacaqlar.

Namizədlər komissiya üzvləri tərəfindən liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqlar olmaqla 7 meyar üzrə qiymətləndiriləcəklər.

Müsahibə mərhələsinə dəvətlə bağlı məlumatların namizədlərin şəxsi səhifələrinə mərhələli şəkildə göndərildiyi bildirilib. Namizədlərə şəxsi səhifələrini mütəmadi izləmələri tövsiyə olunub.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More