Magistraturaya müsabiqə şərtləri və keçid balı açıqlandı – CƏDVƏL
2026/2027-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul üçün ixtisaslaşma seçimi başlayıb.
Dövlət İmtahan Mərkəzi (DİM) bununla bağlı məlumat yayıb.
İxtisaslaşma seçiminə magistraturaya 15 fevral, 17 may və 14 iyun 2026-cı il tarixlərində keçirilmiş qəbul imtahanlarının (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən müəyyən edilmiş müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.
Həmin bakalavrlar 26 iyul saat 23:59-dək internet vasitəsilə ixtisaslaşma seçimini aparmalıdırlar.
İxtisaslaşma seçimi aparılan müddətdə bakalavr bitirdiyi ixtisasa müvafiq və istəyinə uyğun olan 20-dək ixtisaslaşmanın kodunu seçə bilər.
Modern.az saytı magistraturaya müsabiqə şərtlərini təqdim edir:
A.Qorxmaz
Mənbə: Modern.az