Avropada qazın birja qiyməti 750 dolları ötdü
Avropada təbii qazın birja qiymətlərində artım müşahidə olunur və martın 23-dən bəri ilk dəfə olaraq min kubmetr üçün 750 dollar həddini geridə qoyur.
Oxu.Az xəbər verir ki, bu barədə Londonun ICE birjasının məlumatlarına əsaslanan “RİA Novosti” məlumat yayıb.
Avropa ölkələrində qaz qiymətləri ABŞ və İsrailin İrana hücumlarının başlamasından sonra artmaqda davam edir. Münaqişə dövründə ən yüksək hədd – min kubmetr üçün 853.7 dollar təşkil edib. Buna dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) istehsalçısı olan Qətərin istehsalı kəskin şəkildə azaltması səbəb olub.
Nəticədə mart ayında Avropada qazın orta birja qiymətləri fevral ayı ilə müqayisədə kəskin şəkildə – demək olar ki, 60% artıb. Aprel ayında göstəricilər 14% ucuzlaşıb, may ayında 5% bahalaşıb, iyunda isə yenidən 6% eniş nümayiş etdirib.
Mənbə: Oxu.az