Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ

0

Ermənistanda könüllülərdən ibarət “Yerkrapa” təşkilatının üzvü, İrəvan bölüyünün komandiri Hamlet Dadayan (ləqəbi Kolo) ölüb.

Modern.az xəbər verir ki, bu barədə “Yerkrapa”nın yaydığı məlumatda bildirilib.

Qeyd olunur ki, Hamlet Dadayan Qarabağda aparılan demək olar ki, bütün döyüş əməliyyatlarında iştirak edib. Bildirilir ki, o, 2020-ci il 44 günlük müharibədən sonra da “Yerkrapa” batalyonunun tərkibində xidmətini davam etdirib və döyüş növbələrinə cəlb olunub.

Məlumata görə, ötən gecə Hamlet Dadayan ürəktutmasından idarə etdiyi avtomobilə nəzarəti itirib. Nəticədə avtomobil dərəyə aşıb.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More