KİV: Şiddətli istilər Böyük Britaniya iqtisadiyyatına 1.5 milyard avroya başa gəlib

0

İyun ayındakı anomal isti hava işlərin dayandırıldığı saatlar səbəbindən Böyük Britaniya iqtisadiyyatına 1.5 milyard avroya başa gəlib.

Oxu.Az bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verir.

London İqtisadiyyat Məktəbinin nəzdindəki Qrantem İqlim Dəyişikliyi və Ətraf Mühit Tədqiqat İnstitutu 1 950 nəfər yetkin Britaniya vətəndaşı arasında sorğu keçirərək bir sıra nəticələr əldə edib.

“Sorğu göstərib ki, isti hava səbəbindən insanlar iyunun 22-dən başlayan həftə ərzində təxminən 30 dəqiqə az işləyiblər”, – deyə məlumatda bildirilir.

Ağır fiziki əməklə məşğul olan işçilər, o cümlədən tikinti sektoru və kənd təsərrüfatı müəssisələrinin əməkdaşları iş vaxtlarını daha da qısaldıblar, sorğu iştirakçılarının 3.6%-i isə bürkü havaya görə həmin vaxt ümumiyyətlə işləməyib.

Mənbə: Oxu.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More