Sosial media detoksu: Həll yolu, yoxsa müasir dövrün mifi?

0

Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə sosial media platformaları insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Artıq günə telefon ekranına baxmadan başlamaq, boş vaxtı sosial şəbəkələrdə keçirməmək və ya gün ərzində dəfələrlə bildirişləri yoxlamamaq bir çox insan üçün çətin görünür. Milyardlarla insan xəbərləri izləmək, dostları ilə ünsiyyət qurmaq, əylənmək və məlumat əldə etmək üçün hər gün saatlarla sosial mediada vaxt keçirir. Lakin son illər bu vərdişin insan psixologiyasına, məhsuldarlığına və ümumi həyat keyfiyyətinə təsiri ilə bağlı müzakirələr daha da genişlənib.

Məhz bu səbəbdən dünyanın müxtəlif ölkələrində “sosial media detoksu” anlayışı getdikcə daha çox populyarlıq qazanır. İnsanlar müəyyən müddət ərzində sosial şəbəkələrdən tamamilə uzaqlaşmağa və ya istifadəsini minimuma endirməyə qərar verirlər. Onların məqsədi yalnız telefondan uzaq qalmaq deyil, həm də diqqəti real həyata yönəltmək, zehni yorğunluğu azaltmaq, stressdən uzaqlaşmaq və gündəlik həyatlarında itirdikləri balansı yenidən bərpa etməkdir. Psixoloqlar hesab edirlər ki, rəqəmsal fasilələr insanın emosional vəziyyətinə müsbət təsir göstərə, yuxu keyfiyyətini yaxşılaşdıra və diqqət dağınıqlığını azalda bilər.

Sosial media detoksu müasir dövrdə təkcə dəb halına gəlmiş bir trend deyil, həm də insanların öz psixoloji sağlamlığını qorumaq üçün atdığı vacib addımlardan biridir. Sosial şəbəkələr faydalı informasiya və ünsiyyət imkanı yaratsa da, onlardan həddindən artıq istifadə insanı fərqinə varmadan asılı vəziyyətə sala, vaxt itkisinə səbəb ola və real həyatdan uzaqlaşdıra bilər. Bəzən bir neçə günlük rəqəmsal fasilə belə insanın daha sakit düşünməsinə, ailəsi və dostları ilə daha keyfiyyətli vaxt keçirməsinə, həmçinin öz maraq və hədəflərinə yenidən fokuslanmasına kömək edir.

Bəs sosial media detoksu həqiqətən insan həyatında hansı müsbət dəyişikliklər yaradır? Bu proses psixoloji və fiziki sağlamlığa necə təsir edir? Mütəxəssislər bu barədə nə düşünür və sosial şəbəkələrdən müvəqqəti uzaqlaşan insanların təcrübələri hansı nəticələri ortaya qoyur? Araşdırmamızda bu suallara cavab axtaracaq, sosial media detoksunun müsbət tərəflərini müxtəlif aspektlərdən nəzərdən keçirəcəyik.

Mövzu ilə bağlı Sosial Media Marketinq Meneceri və təlimçisi Fərid Ağazadə Modern.az-a açıqlama verib.

O, sosial şəbəkədən yox, idarəsiz istifadədən uzaq durmağın lazım olduğunu bildirib:

“İnsanlar vaxtını idarə edə bilməməsinin əsassəbəbini sosial şəbəkələrdə görür. Təbii ki, buqənaətə gəlmələrində əsas faktor sosial şəbəkələrdə yaşam koçu, biznes mentoru və s. kimi fəaliyyət göstərən bəzi bloqerlərin də böyükrolu vardır. Onlar insanın əsas vaxtının sosial şəbəkələrə getdiyini iddia edirlər.
Bəzən haqlı olsalar da, tamamilə hər şeyi sosial şəbəkələrin üstünə atmaq olmaz. Çünki sosial şəbəkələr indiki qədər fenomen olmadığı dövrlərdə videooyunlar, ondan daha öncəkidövrlərdə də stolüstü oyunlar kimi insanın vaxtınıdaha çox alan, detoks tələb edən məşğuliyyətlər var idi.

Bu, insanın öz vaxtını səmərəli idarə edə bilməməsindən asılıdır. Çünki günümüzdə sosial şəbəkələrdən tamamilə uzaq qalmaq bir insanın psixoloji rahatlığı qədər, zərər də verə bilər. Çünki ən sürətli informasiya mübadiləsi məhz burada baş verir. İnformasiyadan azacıq uzaq qalmaq bir insan üçün mənəvi və korporativ tərəfdən mənfinəticə verə bilər. Ən perspektivli iş fürsətləri sosial şəbəkələrdə yayılmışkən, bir anda tamamilə sosial şəbəkələri bağlamaq bir insanüçün illərlə gözlədiyi fürsəti qaçırmasına səbəbolar.

Düşünürəm ki, bu detoks əvəzinə sosial şəbəkələrdə “Kəşfet”də “Maraqlanmıram” funksiyasını istifadə etmək daha məqsədəuyğundur. Bununla artıq öz alqoritminiözün təyin edə bilər, lazım olmayan, yorucu məlumatları istifadəçi qəbul etməyə bilər.

Şəxsi müşahidəmə əsasən, heç bir sosial şəbəkə detoksu əbədi olmur. Həmin şəxslər bir yerdən sonra geri dönür və daha kontrollu şəkildə sosial şəbəkələri istifadə edir. Bəzən sadəcə iş, şəxsi inkişaf, dərs səhifələrini saxlayır, bəzən də dil öyrənmək üçün tamamilə əcnəbi səhifələri maraq dairəsində saxlayırlar.
Sosial şəbəkələrin ümumi vəziyyətinə gəldikdə isə, hazırda bayağı yolla izləyici qazanmaq normal olaraq daha geniş yayılıb. Çünki bayağı kütlə bunu sevir və avtomatik olaraq bayağıolmayan kütlənin də qarşısına çıxır. Bu da, məncə, insanların yorulmasına və aqressivləşməsinə səbəb olur. Amma bir nüans normallaşdırılmalıdır ki, bu ucuz klikbeyt tarixdəhər zaman olub. Qəzet, jurnal dövründən, sinemanın ilk yarandığı dövrü də əhatə edib, televiziya dövründə püxtələşib, müasir dövrə qədər gəlib çıxıb. Buna görə kontent yaradıcılarını günahlandıra bilmirəm. Əksər vaxtlar çılpaq qadın bədəni sosial mesaj verən bir sənədli filmdən daha çox reytinq gətirib. Lakin sosial mesajlarverən kontent yaradıcıları tarixə keçir, hər zaman adı çəkilir, çılpaq qadın bədəni ilə viral olmağaçalışanlar isə unudulub gedir.

Məncə, sosial şəbəkə detoksu daim maraqlı kontentlər çəkən şəxslərə qarşı olmamalıdır. Onların bir fikri, bir çəkiliş texnikası bir insanınhəyatını müsbət yöndə dəyişə bilər. Depressiya və tükənmişlik sindromu yaşayan izləyicilər adətən belə şəxslərin rəqəmsal varlığından belə güc alır.

Sosial şəbəkə detoksu, məncə, müasir dövrün cəfəngiyyatıdır. Bir dövrdə meditasiyanın hər problemi həll etdiyini təbliğ edirdilər, bir dövrdədə zəncəfilli suyun. Bunların hamısı insan üçün önəmlidir, amma problem bununla həll olmur. Problem beyində başlayır və beyində bitir.Problemi təsbit edən şəxs üçün isə sadalananlar sadəcə vasitədir. Amma süni intellekt dövründə daha yaxşı həyat şəraiti üçün sosial şəbəkə detoksu etmək sadəcə populizmin təsiri altında qalmaqdır”.

Nicat Rüstəmzadə


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More