Bir liseyin 9 məzunu xaricdə təhsil üzrə Dövlət Proqramına seçildi – FOTO
Gənclərin xaricdə təhsilinə dair Dövlət Proqramı çərçivəsində 2026–2027-ci tədris ili üzrə bakalavriat, magistratura və doktorantura səviyyələrinə qəbulun nəticələri açıqlanıb.
Müsabiqənin nəticələrinə əsasən, Dövlət Proqramı çərçivəsində 125 bakalavriat, 353 magistratura və 22 doktorantura səviyyəsində olmaqla, ümumilikdə 500 nəfər təhsil almaq hüququ qazanıb.
Dövlət Proqramı çərçivəsində proqram iştirakçısı seçilən 500 nəfərdən 155 nəfəri dünyanın ən nüfuzlu 10 universiteti sırasında yer alan ali təhsil müəssisələrində təhsil alacaqlar. Bu təhsil müəssisələri sırasına “Stanford University”, “Massachusetts Institute of Technology”, “National University of Singapore”, “University of Oxford”, “University of California, Berkeley”, “ETH Zurich”, “Harvard University”, “Yale University” kimi dünyanın ən nüfuzlu universitetləri daxildir.
Modern.az xəbər verir ki, xaricdə təhsil üzrə bakalavriat səviyyəsinə seçilənlər sırasında Bakıdakı Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin bir qrup builki məzunu da yer alıb.
Onların siyahısını təqdim edirik:
1. Babazadə Raiq Elnur oğlu – Edinburq Universiteti, Elektrik və elektronika mühəndisliyi;
2. Bayramlı Rahidil Səbuhi qızı – Edinburq Universiteti, Kompüter elmləri və riyaziyyat;
3. Əliyev Murad Müşfiq oğlu – Edinburq Universiteti, Elektrik və elektronika mühəndisliyi;
4. Qarayev Nurəddin Fuad oğlu – Bilkənt Universiteti, Kompüter elmləri;
5. Məmmədzadə Saleh Namiq oğlu – Edinburq Universiteti, Riyaziyyat;
6. Məsiyev Özcan Vüsal oğlu – Edinburq Universiteti, Riyaziyyat;
7. Müseyibzadə Tural Hafiz oğlu – Edinburq Universiteti, Riyaziyyat;
8. İskəndərova Aytən Ramil qızı – Edinburq Universiteti, Süni intellekt və kompüter elmləri;
9. Məmmədov Mustafa Ceyhun oğlu – Ulsan Milli Elm və Texnologiya İnstitutu, Elektrik mühəndisliyi.
A.Qorxmaz
Mənbə: Modern.az