Husilərin hücumundan sonra “Saudi Aramco” zavodunun fəaliyyəti dayandırıldı

0

“Saudi Aramco” Yəməndə fəaliyyət göstərən husi hərəkatının (“Ənsar Allah”) hücumundan sonra Səudiyyə Ərəbistanının qərbində yerləşən Cizan neft emalı zavodunun (NEZ) fəaliyyətini müvəqqəti dayandırıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Reuters” agentliyi IIR konsaltinq şirkətinin məlumatına istinadən məlumat yayıb.

Məlumata görə, sutkada 400 min barel neft emal etmək gücünə malik zavodun fəaliyyəti iyulun 27-də dayandırılıb. Hücum nəticəsində daxili dövriyyəli qazlaşdırma sisteminə malik buxar-qaz qurğusu və neftin saxlanıldığı ərazi zədələnib.

Bildirilir ki, zavodun fəaliyyətinin avqustun 15-dək bərpa olunacağı gözlənilir.

Xatırladaq ki, iyulun 25-də Yəməndəki husi hərəkatı Səudiyyə Ərəbistanının Cizan və Yənbu liman şəhərlərində yerləşən “Saudi Aramco” obyektlərinə raketlər və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini açıqlamışdı.

Mənbə: Oxu.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More