“Apple” şirkətinin bazar dəyəri tarixdə ilk dəfə 5 trilyon dolları ötüb

0

“Apple” şirkətinin bazar kapitallaşması tarixdə ilk dəfə 5 trilyon ABŞ dollarını ötüb.

Oxu.Az xəbər verir ki, bu barədə RBK məlumat yayıb.

Məlumata görə, iyulun 28-də keçirilən hərraclarda “Apple”ın səhmləri 1.8% bahalaşıb. Ticarət zamanı şirkətin bir səhminin qiyməti maksimum 342.89 ABŞ dollarına yüksəlib.

Bununla da “Apple”ın bazar kapitallaşması tarixdə ilk dəfə 5 trilyon ABŞ dollarını keçib. Daha sonra isə səhmlərin qiymətində müəyyən geriləmə qeydə alınıb.

Beləliklə, “Apple” bazar dəyəri 5 trilyon ABŞ dollarını ötən ikinci şirkət olub.

Bu göstəriciyə ilk çatan şirkət isə NVIDIA olub. Şirkətin bazar kapitallaşması mayın 14-də keçirilən ticarətin yekununda rekord həddə – 5.7 trilyon ABŞ dollarına yüksəlmişdi. Lakin həmin vaxtdan bəri NVIDIA-nın bazar dəyəri təxminən 1 trilyon ABŞ dolları azalıb.

Mənbə: Oxu.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More