Azərbaycanın bank sektorunun aktivləri 60 milyard manatı ötüb
Bu il iyulun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 60 milyard 940.4 milyon manat təşkil edib.
Oxu.Az “Report” istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 7.4% çoxdur.
Bankların aktivlərinin 29 milyard 888 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son bir ildə sektorun kredit portfeli 11.6% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 47.2%-dən 49%-ə yüksəlib.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 7% artaraq 53 milyard 294.8 milyon manata, o cümlədən depozit portfeli 6.4% artaraq 39 milyard 743.7 milyon manata çatıb. Bunun 17 milyard 428.5 milyon manatı fiziki, 22 milyard 315.2 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 15.7%, şirkətlərin banklardakı vəsaitləri isə 0.1% artıb.
Son bir ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə təxminən 20% azalaraq 0.4 milyon manat olub.
Sektorun balans kapitalı isə 10.1% artaraq 7 milyard 645.6 milyon manat təşkil edib.
Mənbə: Oxu.az