İKZF yarım ildə 226 milyon manatdan çox kredit verib

0

Bu ilin yanvar-iyun aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 226.3 milyon manat kredit verilib.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2.8% azdır.

Hesabat dövründə fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 39.7% azalaraq 131.6 milyon manat olub.

Son bir ildə İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 39.4% azalaraq 200 milyon manat, fonda dövlət büdcəsindən ayrılmış vəsait isə dəyişməyərək 42.6 milyon manat olub.

Mənbə: Oxu.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More