Magistraturaya müraciət edənlərin 88 faizi tələbə adını qazandı
Magistratura səviyyəsinə qəbulun nəticələri açıqlanıb.
Modern.az xəbər verir ki, magistraturaya qəbul üçün ümumilikdə 15 min 716 nəfər sənəd təqdim edib. Onlardan 13 min 845 nəfər ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul olunub.
Müraciət edənlərin 88,1 faizi magistr adını qazanıb. Yalnız 1871 nəfər və ya 11,9 faiz qəbul ola bilməyib.
Xatırladaq ki, bu il magistratura üzrə 17 min 688 plan yeri ayrılıb. Qəbulun nəticələrinə əsasən 3 min 843 yer boş qalıb.
Mənbə: Modern.az