Tibb Mərkəzinin işdən çıxarılan direktoru: Hər bir xəstəyə həssas yanaşdıq

0

Xəbər verdiyimiz kimi ötən gün Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov tutduğu vəzifədən azad edilib.

Modern.az xəbər verir ki, eks-direktor 2 ildən çox müddətdə çalışdığı işdə hər zaman məsuliyyət hiss etdiyini bildirib:

“Dünəndən etibarən Sumqayıt Tibb Mərkəzinin direktoru vəzifəsindən ayrıldım. Bu yola 2020-ci ilin əvvəllərində dünyada COVID-19 pandemiyasının başlandığı dönəmdə insanlığı bu bəladan xilas etmək kimi bir amal uğruna çıxmışdıq. Gecəsi-gündüzü bilinmədən canını fəda edən həkimlərimizlə birlikdə hər bir insanın həyatı uğruna 2 ilə yaxın bir müddətdə COVID xəstəxanasının idarəolunması kimi müqəddəs bir missiyanı icra etmək, daha sonra 44 günlük Vətən Müharibəsində yaralılarımıza və şəhidlərimizin dəfnlərinin təşkilində xidmət etmək kimi ali bir missiyanı icra etmək nəsibimiz oldu”.

E.Azadaxovun sözlərinə görə, vəzifədə olduğu müddətdə sığorta təbabətinin təşkilində, strukturun, yeni xəstəxana idarəetmə sisteminin formalaşmasında yorulmadan çalışıb:

“Bu günə qədər də hər bir xəstəyə həssas yanaşdıq. Hər bir Azərbaycan vətəndaşının sağlamlığı uğruna səylərimizi əsirgəmədik. Vətənimiz Azərbaycanın çiçəklənməsi üçün nə lazımdırsa, bundan sonra da ərigəməyəcəyik və bundan qürur duyuruq. İnsanlığa xidmət etmək ən böyük xoşbəxtlikdir. Buna görə də mən Dövlətimə və onun Rəhbərinə sonsuz minnətdaram ki, bu şəraiti bizə yaratdı».

Qeyd edək ki, Elnur Azadxanov 2023-cü ilin dekabrında Sumqayıt Tibb Mərkəzinə direktor təyin olunmuşdu.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More