Ticarət platformalarında qızıl bahalaşdı – Oxu.az

0

“Comex” birjasında avqust ayına çatdırılma ilə qızıl füçerslərinin qiyməti iyulun 22-dən bəri ilk dəfə olaraq bir trua unsiyası üçün 4 150 dollar həddini keçib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatlar ticarət platformasının göstəricilərində öz əksini tapıb.

Bakı vaxtı ilə saat 05:06-ya olan məlumata əsasən, qızılın dəyəri 2.79% bahalaşaraq bir trua unsiyası üzrə 4 151.5 dollar təşkil edib.

Saat 05:35-ə doğru isə füçerslərin artım tempi səngiyib və bir trua unsiyasının qiyməti 4 146 dollar səviyyəsində qərarlaşıb.

Mənbə: Oxu.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More