Bakı Qızlar Universitetinin tələbələri ən çox bu bölgələrdəndir – SİYAHI

0

2025-ci ildə Bakı Qızlar Universitetinə qəbul olunan tələbələrin böyük hissəsini Bakı şəhərindən olan abituriyentlər təşkil edib.

Modern.az-ın əldə etdiyi məlumata görə, bu, 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində öz əksini tapıb. 

Məlumata görə, 2025-ci ildə Bakı Qızlar Universitetinə ümumilikdə 378 nəfər qəbul olunub.

Qəbul olunanların zonalar üzrə bölgüsünə əsasən, tələbələrin 32,54 faizi Bakı, 14,02 faizi Şirvan, 8,99 faizi Sumqayıt, 8,47 faizi Gəncə, 7,67 faizi Lənkəran, 6,88 faizi Quba, 6,61 faizi Göyçay, 5,03 faizi Şəki, 5,03 faizi İmişli, 4,50 faizi Mingəçevir, 0,26 faizi isə Naxçıvan zonasının payına düşüb. Xarici ölkələrdən qəbul olunan tələbə isə qeydə alınmayıb.

DİM-in statistik təhlilinə əsasən, Bakı Qızlar Universitetinə qəbul olunanların hamısı qız abituriyentlərdən ibarət olub.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin məlumatına görə, Bakı Qızlar Universiteti Akkreditasiya Şurasının qərarı ilə institusional və proqram akkreditasiyası üzrə “uyğun deyil” qiymətləndirilib. Bunun əsasında İqtisadiyyat Nazirliyi universitetə verilmiş lisenziyanı ləğv edib.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More