Fars körfəzindən fasiləsiz tədarük neftin qiymətinə necə təsir edir?

0

ABŞ və İran arasında hərbi münaqişənin davam etməsinə baxmayaraq, Fars körfəzi regionunda hasil olunan xammalın dünya bazarına fasiləsiz daxil olması ilə bağlı siqnallar fonunda neft ucuzlaşır.

Oxu.Az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.

Bakı vaxtı ilə saat 09:15-də Londonun ICE birjasında sentyabr ayına çatdırılma ilə “Brent” markalı neftin füçerslərinin qiyməti 1.70 dollar (1.91%) azalaraq bir barel üçün 87.33 dollara satılıb. Əvvəlki sessiyada isə “Brent” 1.71 dollar (1.88%) ucuzlaşaraq bir barel üçün 89.03 dollar təşkil etmişdi.

Nyu-York Ticarət Birjasında (NYMEX) sentyabr ayına çatdırılma ilə WTI markalı xam neftin füçersləri 1.75 dollar (2.09%) ucuzlaşaraq bir barel üçün 81.84 dollar olub. Əvvəlki sessiyada isə WTI markalı neft 0.87 dollar (1.03%) azalaraq bir barel üçün 83.59 dollara satılmışdı.

Mənbə: Oxu.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More