Rusiyanın antiinhisar qurumu “Apple”ı hədəfə aldı

0

Rusiyanın Federal Antiinhisar Xidməti (FAS) “Apple” korporasiyasına qarşı antiinhisar işi açıb.

Oxu.Az xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda bildirilib.

Məlumata görə, şirkət iOS cihazlarında milli mesencerin və Rusiyanın tətbiq mağazasının əvvəlcədən quraşdırılması ilə bağlı qanunvericiliyin tələblərini yerinə yetirməyib.

FAS-dan jurnalistlərə verilən açıqlamada qeyd olunub ki, “Rəqabətin qorunması haqqında” qanuna və məhkəmələr tərəfindən təsdiqlənmiş əvvəlki hüquqtətbiqetmə təcrübəsinə əsasən, “Apple”a qarşı antiinhisar işi başlanılıb.

Qurum həmçinin bildirib ki, iyulun 27-dən etibarən iOS əməliyyat sisteminin yenilənmiş versiyasında Rusiya axtarış sisteminin əvvəlcədən quraşdırılması imkanı yaradılıb.

Mənbə: Oxu.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More