Bakıda yeniyetməyə qarşı soyğunçuluq edildi

0

Paytaxtın Nizami rayonunda yetkinlik yaşına çatmayan bir nəfərə qarşı soyğunçuluq edilib.

Modern.az xəbər verir ki, naməlum şəxs zərərçəkənin əlində olan, dəyəri 1750 manat təşkil edən “İPhone 16” mobil telefonu alaraq hadisə yerindən uzaqlaşıb.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 18 yaşlı İ.Əbilov müəyyən edilərək saxlanılıb. Onun ələ keçirdiyi mobil telefonu metronun “20 Yanvar” stansiyasının yaxınlığında satdığı da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More