Rusiya XİN: Ermənistanın Ukrayna ilə yaxınlaşması suallar yaradır
Rusiya Xarici İşlər Nazirliyi Ermənistan hakimiyyətinin Ukrayna ilə yaxınlaşmasını tənqid edib və bunun Moskva ilə müttəfiqlik münasibətlərinə dair suallar yaratdığını bildirib.
Modern.az xəbər verir ki, Rusiya XİN-in bəyanatında Ermənistan rəhbərliyinin Ukrayna ilə “yaxınlaşma cəhdlərinin” İrəvanın Rusiya ilə müttəfiqlik əməkdaşlığına nə dərəcədə hazır olduğuna şübhələr yaratdığı qeyd olunub.
Bəyanatda həmçinin bildirilib ki, Ermənistan hakimiyyəti “diversifikasiya” adı altında Avrasiya inteqrasiyasından və Rusiyadan uzaqlaşaraq Avropa İttifaqına yönəlir.
Rusiya XİN bu siyasəti “Avrasiya inteqrasiyasındakı tərəfdaşlara, eləcə də Ermənistan əhalisinə qarşı açıq aldatma” kimi qiymətləndirib.
Mənbə: Modern.az