V qrupda qabiliyyət tələb etməyən ixtisasların keçid balları
Ali təhsil müəssisələrinə qəbul üzrə ixtisas seçimi avqustun 12-də başlayacaq. İxtisas seçimi zamanı V ixtisas qrupu üzrə qabiliyyət imtahanı tələb olunmadan da qəbul aparılan ixtisaslar mövcuddur. Bu ixtisaslar üzrə abituriyentlər yalnız qəbul balı əsasında müsabiqədə iştirak edə bilərlər.
Modern.az-ın məlumatına görə, AzEdu.az 2025-ci ilin qəbul nəticələrinə əsaslanaraq V ixtisas qrupu üzrə qabiliyyət tələb etməyən ixtisaslarda formalaşan keçid ballarını araşdırıb.
Azərbaycan Dövlət İqtisad Universitetində geyim dizaynı və mühit dizaynı istiqamətlərini əhatə edən “Dizayn” ixtisası üzrə keçid balı 215.3-dür.
Bakı Mühəndislik Universitetində “Dekorativ-tətbiqi sənət (sahələr üzrə)” ixtisasına qəbul üçün keçid balı 201.8-dir. Universitetdə həmçinin interyer, qrafik, sənaye və geyim dizaynı istiqamətlərini əhatə edən “Dizayn” ixtisasına da qabiliyyət imtahanı olmadan qəbul mümkündür. Bu ixtisas üzrə keçid balı 192.9, ingilis dilində tədris olunan proqram üzrə isə 225.6-dır.
ADA Universitetində interyer dizaynı ixtisası üzrə keçid balı 237.1, kommunikasiya dizaynı ixtisası üzrə isə 187.1-dir.
Naxçıvan Dövlət Universitetində interyer dizaynı istiqamətini əhatə edən “Dizayn” ixtisası üzrə keçid balı 181.6-dır.
Azərbaycan Dövlət Aqrar Universitetində (Gəncə şəhəri) interyer və qrafik dizayn istiqamətlərini əhatə edən “Dizayn” ixtisası üzrə keçid balı 188.2-dir.
Azərbaycan Texnologiya Universitetində (Gəncə şəhəri) geyim və sənaye dizaynı istiqamətlərini əhatə edən “Dizayn” ixtisası üzrə keçid balı 175-dir.
Qərbi Kaspi Universitetində interyer, qrafik və sənaye dizaynı istiqamətlərini əhatə edən “Dizayn” ixtisası üzrə keçid balı 190.3, ingilis dilində tədris olunan proqram üzrə isə 198.8-dir.
Xəzər Universitetində qrafik, interyer və landşaft dizaynı istiqamətlərini əhatə edən “Dizayn” ixtisası üzrə keçid balı 191.8, ingilis dilində tədris olunan proqram üzrə isə 205.5-dir.
Mənbə: Modern.az