ABŞ-nin neft ehtiyatları 1983-cü ildən bəri ən aşağı səviyyəyə düşüb
ABŞ-nin strateji neft ehtiyatında xam neft ehtiyatlarının həcmi 300 milyon bareldən aşağı düşüb.
Oxu.Az bu barədə CNBC telekanalına istinadən xəbər verir.
ABŞ Energetika Nazirliyinin məlumatına görə, keçən həftə ehtiyatların həcmi 6.1 milyon barel azalaraq 298.7 milyon barelə enib.
Bu, 1983-cü ilin yanvarından bəri ən aşağı göstəricidir. Qeyd edilir ki, İranla bağlı müharibə fonunda dünya neft ehtiyatları təzyiq altındadır.
Mənbə: Oxu.az