İlham Əliyev: “Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik”
“Yerləşdiyimiz bölgədə bizdən başqa bu qədər enerji ilə, istər neft-qaz, istər elektrik enerjisi ilə təmin olunan ikinci ölkə yoxdur”.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
“Qonşu ölkələrə ixrac imkanlarımızı genişləndirərək biz, eyni zamanda, Avropa bazarına da çıxacağıq. Çünki biz indi Avropaya neftimizlə, qazımızla çıxmışıq. Ancaq biz elektrik enerjisi ilə də çıxmaq istəyirik”, – deyə dövlətimizin başçısı qeyd edib.
Mənbə: Oxu.az