Jurnalist nazirdən xahiş etdi: Bakı-Zəngilan marşrutu açılsın
Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin Zəngilana səfəri çərçivəsində onun qəbulunda olub.
Modern.az xəbər verir ki, bu barədə jurnalist özü bildirib.
“Ötən həftə Zəngilanda rəqəmsal inkişaf və nəqliyyat naziri cənab Rəşad Nəbiyevlə görüşdük. Həm Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, həm də Zəngilan sakini olaraq cənab nazirlə görüşdə doğma yurdumuzun rabitə və nəqliyyat problemləri ilə bağlı məsələləri diqqətə çatdırdım.
Bakı-Zəngilan müntəzəm marşrut xətti, yollarda təhlükəsizliyin gücləndirilməsi, rabitə xətlərinin inkişafı, istismar olunan yolların qorunması və sair məsələlər barədə təkliflərimə müsbət yanaşıldı, müvafiq göstərişlərin veriləcəyi bildirildi”, – E.Muradlı qeyd edib.
Mənbə: Modern.az