Ermənistanda hərbçi ölü tapıldı
Ermənistan hərbçisi Edgar Zakaryan hərbi hissələrdən birində ölü tapılıb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hərbçinin odlu silah yarası almış meyiti bu gün aşkarlanıb. Hadisənin hallarının müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır.
Qeyd edək ki, bu, Ermənistanda son bir ay ərzində sülh şəraitində hərbçinin ölümü ilə bağlı ikinci hadisədir. İyul ayında müddətli həqiqi hərbi xidmət keçən Narek Torosyanın öldüyü məlum olub.
Mənbə: Modern.az