Neftin qiyməti düşür – Oxu.az
Avqustun 13-də neftin qiyməti azalıb.
Bu barədə Oxu.Az İnterfaks.ru-ya istinadən məlumat verir.
Bakı vaxtı ilə saat 09:13-də Londonun “ICE Futures” birjasında oktyabr ayı üçün “Brent” markalı neft füçersləri 4 sent ucuzlaşaraq, barel üçün 88,94 dollara enib.
Nyu-York Ticarət Birjasında (NYMEX) sentyabr ayı üçün “WTI” markalı neft füçersləri 0,13 dollar (0,16%) ucuzlaşaraq, barel üçün 83,14 dollar olub.
Mənbə: Oxu.az