Azərbaycan rusiyalı turistlərin ən çox seçdiyi istiqamətlər SIRASINDA
2026-cı ilin payız ayları üçün Azərbaycandakı otellərə bronların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 18% artıb.
Modern.az-ın məlumatına görə, bu barədə “OneTwoTrip”in (Rusiyada istifadə olunan onlayn səyahət və turizm platforması – red.) hesabatında qeyd edilib.
Azərbaycan rusiyalı turistlər arasında tələbatın ən çox artdığı xarici istiqamətlərin ilk beşliyinə daxil olub. Bu göstərici yalnız Yunanıstanda (+109%), Kiprdə (+100%), Serbiyada (+75%) və Türkiyədə (+60%) daha yüksəkdir.
Xidmətin məlumatına əsasən, turistlər getdikcə daha münasib qiymətə yaşayış və viza şərtləri daha sadə olan istiqamətlərə üstünlük verirlər.
Mənbə: Modern.az