3 aylıq körpəsini soyuqda qoydu, sonra fenlə yandırdı – ŞOK

0

Britaniyada 28 yaşlı qadın 3 aylıq qızının ölümünə səbəb olmaqda təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib.

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, məlumata görə, hadisə zamanı qadın spirtli içki qəbul edib və narkotik maddələrdən istifadə etdikdən sonra qeyri-adekvat davranmağa başlayıb. Gecə saatlarında qonşuların evlərinə gedərək mübahisə yaradıb, keçmiş həyat yoldaşı ilə də mübahisə edib. Bu zaman 3 aylıq qızını təxminən 20 dəqiqə soyuq havada küçədə tək qoyub.

Qadın daha sonra uşağın yanına qayıdaraq onun güclü şəkildə üşüdüyünü görüb və körpəni evə aparıb.

İttiham tərəfinin versiyasına görə, ana uşağı isindirmək məqsədilə fen götürüb və onu körpənin yanında yerləşdirərək isti hava axınını uşağa yönəldib. Daha sonra isə otaqdan çıxıb.

Bu vəziyyət təxminən bir saat davam edib. Ana daha sonra körpənin həyat əlamətlərinin olmadığını və bədəninin yanıqlarla örtüldüyünü görüb.

Qadın uşağı balkona çıxarıb və yalnız bundan sonra təcili tibbi yardım çağırıb. Həkimlərə isə qızının necə öldüyünü bilmədiyini, onu bu vəziyyətdə tapdığını deyib.

Tibbi ekspertlərin araşdırmasına əsasən, körpənin bədəninin 18 faizi yanıqlarla örtülüb. Ölümün səbəbinin orqanizmin həddindən artıq qızması ola biləcəyi bildirilib.

Ekspertlər həmçinin uşağın ölümünün uzun və çox ağrılı proses olduğunu qeyd ediblər.

Məhkəmə nəticəsində qadın ehtiyatsızlıqdan ölümə səbəb olmaqda təqsirli bilinib və 6 il müddətinə həbs cəzasına məhkum edilib. O, cəzanın 3 ilini çəkdikdən sonra vaxtından əvvəl azadlığa buraxılmaq imkanına malik olacaq.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More