Azərbaycanda viza ilə bağlı yenilik olacaq

0

Azərbaycanda yeni “rəqəmsal səyyah” viza altnövünün təsis edilməsi nəzərdə tutulur.

Oxu.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi görüləcək tədbirlər arasında yer alıb.

Bu istiqamətdə görüləcək tədbirlər arasında aşağıdakılar yer alıb:

– hava nəqliyyatı ilə sərnişindaşıma və turizm siyasətinin uzlaşdırılması mexanizmlərinin təkmilləşdirilməsi;

– hədəf turizm bazarlarından gəlmə turizmi təşviq etmək məqsədilə vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələrin sayının artırılması;

– gəlmə turizmi məqsədilə çoxdəfəlik elektron vizaların verilməsi prosesinin təkmilləşdirilməsi;

– gəlmə turizmi məqsədilə elektron viza (sərhəddə viza daxil olmaqla) rejimi tətbiq edilən ölkələrin sayının artırılması;

– yeni “rəqəmsal səyyah” viza altnövünün təsis edilməsi;

– turizm siyasətinin ölkənin sosial-iqtisadi inkişafına töhfəsinin artırılması və iqtisadiyyatın əlaqəli sahələrinin inkişaf siyasətləri ilə qarşılıqlı əlaqələndirilməsini təmin edən uzlaşdırma mexanizmlərinin təkmilləşdirilməsi.

Mənbə: Oxu.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More