Zəngəzur dəhlizinə məsul şəxs məzuniyyətə çıxır
Ermənistan Baş nazirinin müavini Mher Qriqoryana iki günlük illik məzuniyyət verilib.
Modern.az Ermənistan hökumətinin məlumatına görə, Baş nazir Nikol Paşinyanın avqustun 21-də imzaladığı qərarla Qriqoryanın sentyabrın 3-4-də iki iş günü müddətində məzuniyyətdə olması təsdiqlənib.
Qeyd edək ki, Mher Qriqoryan Ermənistan-Azərbaycan münasibətləri, o cümlədən regionda kommunikasiyaların açılması və Zəngəzur dəhlizi ilə bağlı proseslərdə əsas məsul şəxslərdən biridir. Ermənistan tərəfi onun rəhbərliyi ilə Azərbaycanla kommunikasiyaların açılması istiqamətində müxtəlif müzakirələr aparır.
Mənbə: Modern.az