Kamçatkada azərbaycanlı turistin də olduğu 149 nəfər TƏXLİYƏ EDİLİR

0

Kamçatkada Tolbaçik vulkanı ərazisində qalan turistlərin təxliyəsinə başlanılıb.

Modern.az xəbər verir ki, bu barədə vilayət hökuməti məlumat yayıb.

Məlumata görə, Tolbaçik vulkanı ərazisində ümumilikdə 149 nəfər qalıb. Onlardan 117 turist helikopterlərlə təxliyə ediləcək. Qalan 32 nəfər isə sürücülərdir və texnika ilə birlikdə ərazidə qalacaqlar.

Xatırladaq ki, səyahət zamanı çətin vəziyyətə düşənlər arasında Azərbaycan vətəndaşı Tatyana Dolivets də var.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More