Bakının tələb etdiyi addımı atır – Konstitusiyadan istinad çıxarılır

0

Ermənistan parlamentində hökumətin 2026–2031-ci illər üzrə fəaliyyət proqramı müzakirə olunur.

Modern.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, proqramı parlamentdə baş nazir Nikol Paşinyan təqdim edir.

Paşinyan bildirib ki, ölkənin hazırlanmaqda olan yeni Konstitusiyasında 1990-cı ildə qəbul edilmiş Müstəqillik Bəyannaməsinə istinad yer almamalıdır.

Baş nazir əlavə edib ki, yeni Konstitusiya layihəsinin mətni yaxın aylarda dərc olunacaq.

Onun sözlərinə görə, yeni əsas qanunda 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın olmaması əsas məsələlərdən biri olacaq.

Ermənistan hökumətinin başçısı qeyd edib ki, hakimiyyət “Qarabağ hərəkatını” davam etdirmək deyil, başa çatdırmaq qərarı verib və Ermənistan vətəndaşları da bu qərarı təsdiqləyiblər.

Qeyd edək ki, Ermənistan parlamentində hökumətin 2026–2031-ci illər üçün proqramının müzakirəsi ölkənin gələcək siyasi və hüquqi kursu baxımından mühüm mərhələ hesab olunur.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More