Qızılın qiyməti maydan bəri ilk dəfə yeni həddə çatdı

0

“Comex” birjasında oktyabr ayında çatdırılma ilə qızıl füçerslərinin qiyməti mayın 14-dən bəri ilk dəfə bir trua unsiyası üçün 4 700 dolları geridə qoyub.

Oxu.Az xəbər verir ki, bu barədə ticarət platformasının açıqladığı göstəricilərdə qeyd olunub.

Bakı vaxtı ilə saat 06:10-a olan məlumata əsasən, qızılın dəyəri 0.55% artım nümayiş etdirərək bir trua unsiyası üçün 4 706.4 dollar səviyyəsinə qalxıb.

Saat 06:30-a doğru isə füçerslərin qiymət artımı daha da sürətlənib və bir trua unsiyası üçün 4 713.8 dollar (+0.77%) həddində qərarlaşıb.

Mənbə: Oxu.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More