Ali məktəbə qəbul olmamaq həyatın sonu deyil

0

Bu il də, Ali Məktəblərə yüzlərlə abuturyent qəbul ola bilmədi.
Həssas bir zaman keçiririk bu günlərdə.
Hörmətli valideynlər yazdıqlarım sizə və dəyərli gənclərimizədir;
Qətiyyən üzülüb, pis olmayın.
Hər işdə, bizim öncədən görə bilmədiyimiz saysız xeyir və faydalar vardır.

Ali məktəbə qəbul olmaq, oxumaq gözəldir, təqdir olunmalı bir haldır.
Ancaq, həyatı sevərək yaşamaq, böyük uğur və nəaliyyətlər qazanmaq üçün Ali Məktəb oxumaq – ölçü və ya etalon deyil.

Bu gün dünyamızda və hər birimizin əhatəsində böyük uğur və nəaliyyətlərə imza atan, cəmiyyətimiz üçün faydalı olan və ən əsası yüksək insani keyfiyyətlərə, savada sahib olan nə qədər insanlar var ki, onlar heç bir ali təhsil almayıb, ali təhsil diplomları yoxdur.

Bəli, açıq etiraf edək ki, cəmiyyətimizdə belə yalnış düşüncə var ki, hər bir uğur üçün ali təhsil diplomu lazımdır.
İnanın ki, bu kökündən yalnış fikir və düşüncədir.

Bəli, insan savadlı, bilikli olmalıdır, oxumalı, öyrənməlidir, cahillikdən uzaq olmalıdır. Ancaq, bunun üçün ali təhsil mütləq deyil.

Hər birimiz yaxşı bilirik ki, ali məktəblərdə konkret qəbul sayı var və bu saya uyğun da tələbə qəbul olunur. Və onu da yaxşı bilirik ki, Respublikada ali məktəblərdə nəzərdə tutulmuş bir yer üçün bəzən üç və daha artıq namizədlər olur. Ona görə də hərşeyi olduğu kimi qəbul etməliyik.

Hörmətli valideynlər, övladlarınıza bu günlərdə əvvəlki zamanda olduğundan daha çox dəstək olun, onların yanında olun, onlara olan sevginizi artırın. Onlara vaxt ayırın, övladlarınızla gəzintiyə çıxın, ölkəmizin gözəl və mənzərəli yerlərini gedib gəzdirin.
Çünki, bu günlərdə onların buna daha çox ehtiyacı var.

Əziz gənclər ali məktəblərə qəbul omamağınızla həyat bitmədi, dünya dağılmadı. Qəbul edək ki, müəyyən səbəblərdən bu il alınmadı.
Növbəti il daha da yaxşı hazırlaşıb qəbul olmaq şansınız var.
Ancaq, ali məktəblərə qəbul olmamağınızla depressiyaya düşmək, üzüntü çəkmək, psixoloji gərginlik yaşamaq kimi hiss və duyğuları özünüzə yaxın buraxmayın.

Ali Məktəblərə qəbul olanda, olmayanda hər biriniz bu məmləkət üçün çox dəyərlisiniz əziz gənclər. Bu vətən, bu məmləkət gələcəkdə sizlərə əmanətdir və sizləri çiyininizdə inkişaf edəcəkdir.
Hər birinizə gələcək həyatınızda, işlərinizdə, fəaliyyətinizdə uğurlar, müvəffəqiyyətlər arzulayıram.

Ülvi Qədir, qazi

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More