Azərbaycan Pakistana başsağlığı verdi

0

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistan Tibbi Elmlər İnstitutunun doğum şöbəsində baş verən yanğında 15 körpənin ölümü ilə bağlı Pakistana başsağlığı verib.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında başsağlığı mesajı yayımlanıb.

Mesajda baş verən faciəvi yanğının dərin kədər hissi doğurduğu bildirilib, həlak olanların ailələrinə başsağlığı verilib, Pakistan hökuməti və xalqı ilə həmrəylik ifadə olunub.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More