Qlobal bazarlarda NEFT UCUZLAŞIR – Oxu.az

0

Qlobal bazarlarda neftin qiymətlərində eniş tendensiyası qeydə alınmaqda davam edir. Bu ucuzlaşma prosesi bilavasitə Hörmüz boğazının yenidən açılması istiqamətində müşahidə olunan müsbət irəliləyişlərlə əlaqədardır.

Oxu.Az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.

Bakı vaxtı ilə saat 09:14-də Londonun ICE birjasında oktyabr ayında çatdırılma ilə “Brent” markalı neftin füçerslərinin qiyməti 1.87 dollar (2.11%) azalaraq bir barel üçün 86.71 dollara satılıb. Əvvəlki sessiyada isə “Brent” 3.59 dollar (3.89%) ucuzlaşaraq bir barel üçün 88.58 dollar təşkil etmişdi.

Nyu-York Ticarət Birjasında (NYMEX) oktyabr ayında çatdırılma ilə WTI markalı xam neftin füçersləri 1.77 dollar (2.15%) ucuzlaşaraq bir barel üçün 80.59 dollar olub. Əvvəlki sessiyada isə WTI markalı neftin qiyməti 2.65 dollar (3.12%) azalaraq bir bareli 82.36 dollara satılmışdı.

Mənbə: Oxu.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More