Qlobal bazarlarda neft ucuzlaşır: Son məlumatlar açıqlandı
Hörmüz boğazı vasitəsilə gəmilərin hərəkətinin bərpası ilə bağlı yaranan ümidlər fonunda neft qiymətlərində eniş müşahidə olunur.
Oxu.Az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.
Bakı vaxtı ilə saat 09:20-də Londonun ICE birjasında oktyabr ayında çatdırılma ilə “Brent” markalı neftin füçerslərinin qiyməti 0.49 dollar (0.56%) azalaraq bir barel üçün 87.35 dollara satılıb. Əvvəlki sessiyada isə “Brent” 0.74 dollar (0.84%) ucuzlaşaraq bir barel üçün 87.84 dollar təşkil etmişdi.
Nyu-York Ticarət Birjasında (NYMEX) oktyabr ayında çatdırılma ilə WTI markalı xam neftin füçersləri 0.46 dollar (0.56%) ucuzlaşaraq bir barel üçün 81.77 dollar olub. Əvvəlki sessiyada isə WTI markalı neftin qiyməti 0.13 dollar (0.16%) azalaraq bir bareli 82.23 dollara satılmışdı.
Mənbə: Oxu.az