Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

0

Oktyabrın 13-də Belarus Milli Elmlər Akademiyasında V Beynəlxalq IT-Akademqrad Forumu – «Belarusda Süni İntellekt» öz işinə başlayıb.

Tədbir Belarus, Rusiya, Çin, Özbəkistan, Türkiyə, Azərbaycan və Qazaxıstandan olan 300-dən çox aparıcı yerli və xarici mütəxəssisi bir araya gətirib.

Belarus Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin sədri Vladimir Karanik bildirib ki, süni intellekt bu gün sadəcəperspektivli elmi istiqamətlərdən biri deyil, dünyanı sürətlə dəyişən texnologiyadır. O, artıq iqtisadiyyatın real sektorunda,sənayedə, tibbdə, xidmət sahəsində və informasiya texnologiyalarında tətbiq olunur, ən çox təkrarlanan rutin əməliyyatlarıöz üzərinə götürür.

Onun sözlərinə görə, qərarların qəbul edilməsini dəstəkləyən sistemlər artıq sənaye miqyasında istismar olunur. Bununlayanaşı, səylərin birləşdirilməsi xüsusi əhəmiyyət daşıyır: bir tərəfdən süni intellektin səmərəli inkişafı təmin edilməli,digər tərəfdən isə informasiya təhlükəsizliyi qorunmalı və mövcud çağırışlara qarşı mübarizə aparılmalıdır.

Vladimir Karanik qeyd edib:

— Biz İttifaq Dövləti çərçivəsində Rusiya tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik. Birgə şəkildə ağıllı kənd təsərrüfatı,ağıllı şəhər və Yerin məsafədən zondlanması üzrə kosmik texnologiyalar sahələrində layihələr həyata keçiririk. Bütünbunlar xarici məhdudiyyətlərə və texnologiyaların inkişafına mane olmaq cəhdlərinə baxmayaraq reallaşdırılır.

Forumun ilk günü Milli Elmlər Akademiyasının əsas binasında genişmiqyaslı sərgi ekspozisiyası təşkil olunub. Həmçininplenar iclaslar, əməkdaşlıq haqqında memorandumların imzalanması mərasimləri və «Belarusun Süni İntellekt Liderləri»açıq müsabiqəsinin qaliblərinin mükafatlandırılması keçirilib.

Müsabiqənin qalibi «Xüsusi İşləmələr Mərkəzi» MMC (ООО «Центр Специальных Разработок») elan edilib.

Şirkətin direktoru Dmitri Şolomitski Azərbaycan Respublikası ilə əməkdaşlıqdan qürur duyduğunu bildirib vəAzərbaycan bazarında bu texnologiyaların inkişafı üçün böyük potensial gördüyünü vurğulayıb.

Belarusun rabitə və informasiyalaşdırma naziri Kirill Zalesski isə yerli böyük dil modelinin (LLM) sıfırdanyaradılmasının mövcud şəraitdə həddindən artıq baha və uzunmüddətli proses olduğunu qeyd edib.

Nazir bu barədə belə danışıb:

— Bizim şəraitimizdə yerli böyük dil modelini sıfırdan yaratmaq çox baha və vaxt aparan prosesdir. Buna görə də başqayolla gedirik. Beynəlxalq bazarda çoxsaylı hazır açıq mənbəli (open-source) həllər mövcuddur. Biz onları seçir, birləşdirirvə öz lokal infrastrukturumuzda yerləşdiririk.

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More